Hicran Hüseynova “Şöhrət” ordeni ilə təltif edildi

Azərbaycan Prezidenti İlham Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Trend-in məlumatına görə, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Hicran Kamran qızı Hüseynova "Şöhrət" ordeni ilə təltif edilsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00