Azərbaycanın əleyhinə olan beynəlxalq təşkilatlar öz çirkin məqsədlərindən istifadə edirlər
12 Avqust 2015 17:34 SiyasətBeynəlxalq təşkilatların mərhum jurnalist Rasim Əliyevlə bağlı verdiyi bəyanat Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar arasında birmənalı qarşılanmır. "OLAYLAR"-ın xəbərinə görə, bununla bağlı mətbuata açıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, Amnesty İnernationalın və bəzi beynəlxalq təşkilatların veridyi bəyanatda qərəzlilik müşahidə edilir: "Azərbaycan ictimaiyyəti baş vermiş hadisəni məişət hadisəsi olduğunu açıq şəkildə gördü. Bu cür hadisələr ən inkişaf etmiş ölkələrdə belə baş verir. Təhqirə görə bəzən insanları döyürlər və xəsarət yetirirlər. Hansı ölkədə bu baş vermir ki? ABŞ, Almaniya, Fransa və digər ölkələrdə hər gün təhqirə, söyüşə görə fiziki zorakılıq olur. Bütün dünya telekanalları bu cür xəbərlər yayırlar. Bu təşkilatların verdiyi bəyanat bir daha sübut edir ki, onlar Azərbaycan dövlətinə qarşı qərəzlidilər. Və fürsətdən isitfadə edirlər". BAXCP rəsmisi deyib ki, mərhum jurnalist Rasim Əliyev sosial şəbəkədə idmançını təhqir etidyinə görə, qohumları tərəfindən zorakılığa məruz qalıb və aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib: "Bir neçə ay bundan qabaq 11-ci sinif şagirdi də məhz facebook-da təhqir yazdığına görə, dostu tərəfindən qətlə yetirilmişdi. Yəni dediyim odur ki, hər gün bütün ölkələrdə facebook-da təhqir yazdığına görə, döyülür, fiziki zorakılığa məruz qalırlar. Elə bir ölkə yoxdur ki, bu cür faktlar qeydə alınmasın. Heç bir ölkə bu cür hadisələrdən sığortalanmayıb. Rasim Əliyev olayına görə, dərhal Azərbaycan Respublikasının prezidentinin köməkçisi hörmətli Əli Həsənov münasibət bildirdi. Bundan sonra bu hadisəni cənab prezident öz nəzarətinə götürdüyü haqda məlumatlar verildi. İki gün ərzində jurnalisti döyməkdə şübhəli bilinən 6 nəfərin hamısı həbsə alındı. Bu hadisəyə görə hökümət bütün zəruri addımları atdı. Kimliyindən aslı olmayaraq 6 nəfərin hər biri həbs olunub. Belə də olmalı idi. Biz hüquqi dövlətdə yaşayırıq. Kimsə, kiməsə zor tətbiq edə bilməz. Bu yolverilməzdir. Hər kəslə hüququ dildə danışmalıyıq. Hökümətin belə bir münasibəti olduğu halda, yenə də Azərbaycanın əleyhinə olan beynəlxalq təşkilatlar öz çirkin məqsədlərindən istifadə edirlər. Bunu da bütün ictimaiyyət görür".