ABŞ səfirliyi: ABŞ-ın Azərbaycana daha çox yardım ayırmasını gözləyirik
11 Avqust 2015 16:30 SiyasətABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevlə görüşüb. APA-nın səfirliyin rəsmi "twitter" hesabına istinadən verdiyi məlumata görə, görüşdə ABŞ-ın Azərbaycanda yardım proqramları müzakirə edilib. "ABŞ Azərbaycana müxtəlif sahələr üzrə 1,3 milyard dollar yardım ayırıb. Biz bunun daha da artırılmasını gözləyirik" - deyə məlumatda qeyd olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00