Azərbaycan vətəndaşları Monteneqroya vizasız səfər edə biləcəklər
24 Mart 2015 11:45 SiyasətMonteneqro hökuməti Azərbaycan Respublikasının vətəndaşlarının bu ölkəyə vizasız gediş-gəliş rejiminin tətbiq edilməsi ilə bağlı qərar qəbul edib.Trend xəbər verir ki, Monteneqronun Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin saytında yerləşdirilən məlumatda bildirilir ki, Azərbaycan vətəndaşları vizasız 90 gün müddətində bu ölkənin ərazisindən sərbəst giriş-çıxış, tranzit kimi istifadə edə və orada yaşaya bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00