İlham Əliyev başsağlığı verdi
"Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, dərin hüznlə başsağlığı verirəm"
20 Mart 2015 21:54 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib.ANS PRESS-in məlumatına görə, başsağlığında deyilir: "Ananız Səkinə Peyvəndinin vəfatı xəbəri məni olduqca kədərləndirdi.Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.Allah rəhmət eləsin!".Qeyd edək ki, bu gün Prezident Həsən Ruhaninin anası Səkinə Peyvəndi dünyasını dəyişib.Mərhum Tehranın Milad xəstəxanasında müalicə olunurdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00