Ceyms Uorlik cəbhədə baş verən son toqquşmaları pisləyib
20 Mart 2015 14:01 SiyasətATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik martın 19-da Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən toqquşmanı pisləyib.APA-nın məlumatına görə, C. Uorlik bu barədə "Twitter" hesabında yazıb."Dağlıq Qarabağda zorakılığın bərpa olunması faciədir və atəş rejiminin pozulması ilə nəticələnir. Hələ ki, tərəflər bir-birini ittiham edir, bu hərəkətlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ziyan vurur", - deyə C. Uorlik qeyd edib.Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi martın 19-da erməni silahlı bölmələrinin hücumunun qarşısının alındığını, düşmənin 20-dək hərbçisinin öldürüldüyünü və yaralandığını açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00