Novruz Məmmədov: İran və Azərbaycan arasında üçüncü tərəf ola bilməz
4 Fevral 2015 16:08 Siyasətİran və Azərbaycan qonşudurlar və bu iki ölkə arasında üçüncü tərəf ola bilməz. Trend-in məlumatına görə, bunu Lenta.ru-ya müsahibəsində Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycan digər ölkələrlə qarşılıqlı münasibətlərdə öhdəliklərinə məsuliyyətlə yanaşır və İranla əlaqələr istisna təşkil etmir. PA rəsmisi bildirib: "Biz İranla bütün səviyyələrdə tərəfdaşlığı genişləndirməyə hazırıq. 2014-cü ildə Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri baş tutub. Münasibətlərin bütün spektri müzakirə olunub, nəqliyyat, ticarət, mədəniyyət sahələrini əhatə edən əməkdaşlığın yeni istiqamətləri nəzərdə tutulub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00