İlham Əliyev Şri-Lanka Prezidentini təbrik edib
3 Fevral 2015 18:47 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenaya təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Şri-Lanka arasında münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına sülh və rifah diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00