Polşanın Azərbaycana təyin edilmiş yeni səfiri Marek Tsalka gələn həftə Bakıya gələcək. Bunu çərşənbə axşamı Trend-ə Polşanın Bakıdakı səfirliyindən deyiblər. Yeni səfir bu vəzifədə ötən ilin avqustunda səlahiyyətləri başa çatmış Mixal Labendanı əvəzləyəcək. M.Tsalka daha əvvəl Cənubi Koreyada səfir və Polşa XİN-in Şərq departamentinin direktoru vəzifələrində çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00