Bu proseslər Sarkisyan hakimiyyətinin sonunu gətirəcək

"Qarabağ münaqişəsi ilə hakimiyyətə gələnlər nəyin bahasına olursa olsun, hakimiyyəti saxlamağa çalışırlar".  Bu fikirləri "OLAYLAR"-a siyasi ekspert Arzu Nağıyev "Regionsuz 100 il" hərəkatının Sarkisyan hakimiyyətinə qarşı etiraz aksiyası keçirməsinə və güc strukturları tərəfindən fiziki təzyiqlərə məruz qalmasına münasibət bildirəkən səsləndirib. O, bildirib ki, Sarkisyan bu addımı Ermənistanda ata bilməzdi: "Həm imicinə görə, həm də qorxudan. Məhz buna görə də bu hərəkəti Dağlıq Qarabağ ərazisində Bako Saakyanın əli ilə etdi". Arzu Nağıyevin sözlərinə görə, müxalifət və onun havadarları Dağlıq Qarabağsız hakimiyyəti əldə edə bilməyəcəklərini dərk edirlər: "Məhz ona görə də aksiyaları ora da yönəltməyə çalışırlar. Bu gün məlumdur ki, rəsmi olaraq Dağlıq Qarabağ erməniləri Ermənistan vətəndaşları deyillər, lakin bundan istifadə edən qüvvələr var.

Bu hadisə Sarkisyan və onun komandasına bəlkə də ən güclü zərbə olacaq. Artıq bunu hamı görür, müxalifət müxtəlif bəyanatlarla çıxışlar edir. Əgər Rusiya və digər dövlətlər qarışmasa bütün bu proseslər, Sarkisyan hakimiyyətinin sonunu gətirəcək".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00