KXCP qurultaya hazırlaşır
3 Fevral 2015 12:25 SiyasətKXCP İdarə Heyətinin toplantısı keçirilib. İclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilib. Həmçinin partiya orqanlarının həftə ərzində gördüyü işlər qiymətləndirilib, KXCP Ali Məclisinin son sessiyasında qəbul edilmiş qərarların icrası istiqamətində müzakirələr davam etdirilib, ictimai siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. Yığıncaqda KXCP-nin növbəti qurultayına hazırlıqla bağlı Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin təkliflər paketi müzakirə edilib. Partiyanın rayon (şəhər) şöbələrinin 2015-ci il parlament seçkilərinə hazırlıqları ilə bağlı dəyərləndirmə aparılıb. Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu ictimai-siyasi vəziyyətlə bağlı çıxış edib. M.Mirəlioğlu Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan bir qrup siyasi partiya rəhbərinin 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı siyasi birliklər və partiyalarla aparılan fikir mübadiləsi haqqında məlumat verib. ("OLAYLAR" İA)