Bakı ədalətə səs verdi
Sergey Narışkin Azərbaycanın mövqeyini yüksək dəyərləndirib
31 Yanvar 2015 17:37 SiyasətRusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin "Vesti 24" telekanalının "Mneniye" verilişində Avropa Şurası Parlament Assembleyasınınm (AŞPA) sonuncu sessiyası haqqında təəssüratlarını bölüşüb.ANS PRESS-in məlumatına görə, o deyib: "AŞPA deputatlarının orta hesabla üçdə bir hissəsi qətiyyətli, sağlam düşüncəli və namuslu insanlar, hər şeyi anlayan və ədalətə səs verən, ədalətə səs verməyə qorxmayan parlament üzvləridir. Azərbaycan parlament nümayəndə heyətindən olan dostlarımız və həmkarlarımız özlərinin lazım bildikləri kimi, ədalətin, sağlam düşüncənin və demokratiyanın xeyrinə səs verdilər. Bu, nümunədir."Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının həmin sessiyasının gedişində Rusiya səsvermə hüququnu itirərək bir il müddətinə AŞPA-nı tərk edib.