"Təmas xəttində pilotsuz aparatlardan istifadə edilməsi təxribatdır”

"Dağlıq Qarabağda, qoşunların təmas xəttində pilotsuz uçuş aparatlarından istifadə edilməsi təxribatdır". APA-nın məlumata görə, bunuATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb. "Tərəflər gərginliyi azaltmalıdır", - deyə amerikalı diplomat vurğulayıb. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi yanvarın 29-da cəbhənin Ağdam istiqamətindəki Azərbaycan mövqeləri üzərində Ermənistan ordusuna məxsus pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00