Yeni icra başçısı təyin edildi
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
27 Yanvar 2015 18:50 SiyasətQuba rayonuna yeni icra başçısı təyin olunub. ANS PRESS-in məlumatına görə, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən Yaşar Qəhrəman oğlu Məmmədov Quba rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, prezidentin digər sərəncamı ilə Mübariz Ağayev Quba rayon icra başçısı vəzifəsindən azad olunub. Yaşar Məmmədov buna qədər Ucar rayonunun icra hakimiyyətinin başçısı olub
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00