Prezident icra başçısını çıxardı
Dövlət başçısı İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
27 Yanvar 2015 18:46 SiyasətAzərbaycan Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. ANS PRESS-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Mübariz Alı oğlu Ağayevin icra başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, Mübariz Ağayev 15 mart 2012-ci il tarixli prezident sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00