“Ermənistanla savaşa hazır olmalıyıq”

Elxan Şahinoğlu: “Digər tərəfdən bu bizə mesajdır ki,...”

"Ermənistan Qarabağ istiqamətində bizə gücü çatmadığından başqa istiqamətlərində uyğun hədəflər axtarır". "Olaylar"ın məlumatına görə, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu belə bir fikirlə çıxış edib. "Gəbəbəydə şəhid verməyimiz ondan xəbər verir ki, Ermənistanla savaşa yanlız Qarabağda deyil, bütün sərhəd boyu hazır olmalıyıq. Görünür, qarşı tərəfin Qarabağ istiqamətində bizə gücü çatmadığından başqa istiqamətlərində uyğun hədəflər axtarır. Digər tərəfdən bu bizə mesajdır ki, əgər Azərbaycan ordusu nə vaxsta Qarabağ istiqamətində əməliyyata başlasa, Ermənistan ordusu bizə başqa istiqamətlərdə problem yaradacaq. Önəmli olan bu mesaja nə cavab verəcəyimizdir. Müdafiə naziri Zakir Həsənov həlak olan hər əsgər və zabitimizin intiqamını düşməndən onqat alacağını açıqlamışdı" - deyə E.Şahinoğlu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00