Vəfa Quluzadə: “Azərbaycan Rusiyanın gözlənilməz oyunlarına hazır olmalıdır”

Rusiya mətbuatı son bir neçə gündə Dağlıq Qarabağ münaqişəsi haqda qızışdırıcı bəyanatlar yayır. Mənbələr iddia edirlər ki, təmas xəttində baş verən qarşıdurmalarda Azərbaycan tərəfi 3 günə 15 hərbçisini itirib. Ekspertlər Qərbin Rusiya üzərində təzyiqləri artırdığı bir vaxtda belə məlumatların yayılmasını təsadüfi hesab etmirlər. Bunu Rusiyanın Azərbaycana qarşı yeni oyunu kimi qiymətləndirənlər də var. Çünki Moskvaya Qərbi Ukrayna məsələsindən yayındırmaq üçün yeni münaqişə ocaqları lazımdır. "Olaylar"a açıqlamasında politoloq Vəfa Quluzadə bildirib ki, Rusiya Qarabağ münaqişəsindən istifadə edib Azərbaycanı tərəfinə çəkmək niyyətindədir. Rusiyanın münaqişəni bundan səmərəli istifadə etmək üçün həll etmək marağında olmadığını deyən V.Quluzadənin sözlərinə görə, məsələdə əsas hədəf Azərbaycan yox, Qərbdir: "Qərbin Azərbaycanda böyük maraqları var. Rusiya müharibəni yenidən qızışdırıb Qərbin Azərbaycandakı maraqlarını darmadağın etmək istəyir. Ona görə də zaman-zaman belə hədələyici mesajlar verir. Bir gün bunu etməyə çalışacaq. Azərbaycan Rusiyanın gözlənilməz oyunlarına hazır olmalıdır". Vəfa Quluzadənin "Ola bilərmi ki, Moskva özünə qarşı baş qaldırmış ermənilərə bu yolla cavab vermək istəyir?" sualına cavabı belə olub: "Ermənilər adam deyil ki, Moskva hansısa məsələdə onları nəzərə alsın. Rusiya rəhbərliyi heç vaxt erməniləri adamdan sayıb hörmət etməyib. Ona görə də planlaşdırdığı oyunların heç birisində Ermənistan yoxdur. Lazım olan vaxt başına qapaq vurub, təpikləyib irəli atıb əmrlərini yerinə yetirməyə məcbur edir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00