Türkiyə səfirindən BAŞSAĞLIĞI
26 Yanvar 2015 17:56 SiyasətTürkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun təmas xəttində baş verən atışma zamanı Azərbaycan əsgərlərinin şəhid olması ilə bağlı başsağlığı verib. APA-nın məlumatına görə, bu barədə səfir özünün "Twitter" səhifəsində yazıb. "Təmas xəttində şəhid olan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət, ailə və yaxınları başda olmaqla, Azərbaycana başsağlığı diləyirəm", - deyə diplomat qeyd edib.
Qeyd edək ki, Müdafiə Nazirliyi son döyüşlərdə Azərbaycan Ordusunun üç hərbçisinin şəhid olduğunu açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00