Avstriya Parlamentində kəlbəcərli girovların məsələsini qaldırılıb

Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Avstriya Parlamentində görüş keçirib. Təşkilatdan "OLAYLAR"-a daxil olan məlumata görə, parlament adminstrasiyası ilə görüşən hüquq müdafiəçisi Azərbaycanda insan haqlarının durumu barədə məlumat verib, Birinci Avropa Oyunlarına hazırlıq barədə avstriyalı parlamentariləri məlumatlandırıb. Görüş zamanı kəlbəcərli asirlər barədə Parlament rəsmilərinə məlumat verən ADİHİ rəhbəri Ermənistanın Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurduğu saxta məhkəmə prosesi haqqında danışıb və avstriyalı deputatların bu barədə Avropa Parlamenti və AŞPA-da məsələ qaldırmalarını xahiş edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00