Poroşenko Bakıya gəlir
Ukrayna prezidenti Azərbaycanı bu il ziyarət edəcək
26 Yanvar 2015 15:30 SiyasətUkrayna prezidenti Pyotr Poroşenko bu il ərzində Azərbaycana rəsmi səfərə gəlməyi planlaşdırır. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib. ANS PRESS-in məlumatına görə, diplomat "İnterfaks-Azərbaycan" agentliyinə deyib ki, bu il üçün çoxsayda səfər proqramları hazırlayırıq. Bu planda əsas yeri Ukrayna prezidenti Pyotr Poroşenkonun səfəri tutur. A.Mişenko vurğulayıb ki, bu il Ukrayna parlamenti sədrinin və Azərbaycanın xarici işlər nazirinin qarşılıqlı səfərləri də nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00