“İnteqrasiyadan Avropa Azərbaycandan daha çox udacaq”
Fərhad Mehdiyev: “Azərbaycan prezidentinin Davosda dediyi bu söz həm ağıllı, həm rasional, həm də ədalətlidir”
26 Yanvar 2015 11:43 Siyasət"İqtisadi inteqrasiyadan, əslində Avropa bizdən daha çox udacaq". "Olaylar"ın məlumatına görə, politoloq Fərhad Mehdiyev belə bir iddia ilə çıxış edəcək. "Azərbaycan prezidentinin Davosda dediyi bu söz həm ağıllı, həm rasional, həm də ədalətlidir: "Biz Avropa İttifaqına onların dəstəklədiyi qədər yaxın olmaq istəyirik". Bunun açıqlaması belədir ki, özünüz bizə əl uzatmadan, bizi yaxınınıza buraxmaq istəmədən, niyə görə biz inteqrasiyaya cəhd etməliyk? Nəzərə alınmalıdır ki, biz onlara ancaq neft və qaz satırıq, digər mallar baxımından isə biz onlar üçün bazar sayılırıq. Bu səbəblə iqtisadi inteqrasiyadan, əslində Avropa bizdən daha çox udacaq. Çünki Avropa İttifaqı Enerji Xartiyasına qoşulduqdan sonra neft-qaz satışından olan gəlirimiz də azalacaq" - deyə F.Mehdiyev bildirib.