Türkiyə, Azərbaycan və Türkmənistan XİN rəhbərlərinin görüşü bu ay baş tutacaq

Türkiyə, Azərbaycan və Türkmənistan XİN rəhbərlərinin görüşü yanvarın 29-da Türkmənistanda baş tutacaq. Bu barədə Trend Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytına istənadən məlumat verir. Məlumata əsasən, Türkiyə XİN rəhbəri yanvarın 28-də Türkmənistana səfər edəcək, yanvarın 29-da isə üçtərəfli görüş keçiriləcək. Məlumatda o da qeyd olunur ki, tərəflər başda enerji məsələləri olmaqla, regional məsələləri və tərəflər arasında əlaqələrin inkişafını müzakirə edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00