Prezident İlham Əliyevin Monako Şahzadəsi II Albertlə görüşüb
23 Yanvar 2015 13:35 SiyasətYanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Monako Şahzadəsi II Albert ilə görüşü olub. Görüşdə Azərbaycan ilə Monako arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olundu, mədəniyyət sahəsində əlaqələrin səviyyəsindən məmnunluq ifadə edildi. Söhbət zamanı birinci Avropa Oyunlarına hazırlıq məsələlərinə və beynəlxalq səviyyədə sərgilərin təşkili sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00