Müdafiə Nazirliyi: "Emənilər yalan məlumat yayır"
22 Yanvar 2015 17:02 SiyasətMüdafiə Nazirliyi Ermənistanın kütləvi informasiya vasitələrində guya Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəbhədə təxribat törədilməsi və itki verməsi barədə yayılan xəbərləri təkzib edib. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, düşmən tərəfinin kütləvi informasiya vasitələrinin guya yanvarın 22-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələri tərəfindən cəbhədə təxribat törədilməsi və itki verməyimiz barədə yaydıqları məlumatlar yalandır. Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib: "Azərbaycan əsgəri cəsarətlə düşməni məhv edərək, bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00