Azərbaycan əsgəri cəsarətlə düşməni məhv edərək, bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir
22 Yanvar 2015 16:31 SiyasətErmənistanın Müdafiə Nazirliyi yalan məlumatlar yaymaqda davam edir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Ermənistanın Müdafiə Nazirliyinə istinadən düşmən tərəfinin kütləvi informasiya vasitələrinin guya yanvarın 22-nə keçən gecə Silahlı Qüvvələrimizin bölmələri tərəfindən cəbhədə təxribat törədilməsi və itki verməyimiz barədə yaydıqları məlumatlar yalandır. Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib: "Azərbaycan əsgəri cəsarətlə düşməni məhv edərək, bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00