Prezidentlər Bakıya toplaşır
Üç ölkənin dövlət başçılarının iştirakı ilə sammit təşkil olunacaq
22 Yanvar 2015 15:46 SiyasətTürkiyə, Gürcüstan və Azərbaycan prezidentlərinin iştirakı ilə baş tutacaq sammit bu il Bakıda keçiriləcək. Anspress-in "Tbilisskaya nedelya"ya istinadən verdiyi məlumata görə, bunu Gürcüstan prezidenti administrasiyası rəhbərinin müavini Georgi Abaşişvili bildirib. O deyib ki, hər il təşkil olunan sammit növbəti il Türkiyədə keçiriləcək. "Gürcüstan prezidenti görüşün vacibliyini demək olar hər xarici səfərində xüsusi vurğulayır. Bizim məqsədimiz Gürcüstanın Asiya ilə Avropa arasında körpü rolunu bir az möhkəmləndirməkdir. Gürcüstan Türkiyə və Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yönəldir", - deyə Georgi Abaşişvili bildirib. Xatırladaq ki, ötən ilki sammit Gürcüstanda təşkil edilmişdi .