İlham Əliyevin Ərdoğanla müzakirə edəcəyi məsələlər açıqlandı
13 Yanvar 2015 13:54 SiyasətAzərbaycan prezidenti İlham Əliyev yanvarın 15-də türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanın dəvəti ilə Ankaraya səfər edəcək. Lent.az-ın Türkiyə prezidentinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclası keçiriləcək. Ölkə prezidentləri regional və beynəlxalq vəziyyətlə bağlı müzakirə aparacaq. Bundan başqa, dövlət başçıları iki ölkə arasında münasibətləri də müzakirə edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00