ABŞ Azərbaycanla yüksək səviyyədə daha fəal əməkdaşlıq istəyir
13 Yanvar 2015 11:11 SiyasətABŞ Azərbaycanla yüksək səviyyədə daha fəal əməkdaşlığa maraq göstərir. Trend xəbər verir ki, bu barədə "Big News Network" xəbər saytı ABŞ dövlət katibinin demokratiya və insan haqları məsələləri üzrə müavini Tomas Meliaya istinadən məlumat verib. Melia qeyd edib ki, ABŞ Azərbaycan hökumətindəki tərəfdaşları ilə konstruktiv əməkdaşlıq üsulu axtarır: "ABŞ öz ölkəsinin müasir demokratik dünyaya inteqrasiyasını istəyən müstəqil səsləri dəstəkləməkdə davam edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00