Bakıda qadını şantaj edən kişi tutulub

Paytaxt sakini bakılı qadından şantaj yolu pul alarkən tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Günel Cavadovanı barəsində rüsvayedici məlumatlar yayaçağı ilə hədələyib ondan 3000 manat alarkən paytaxt sakini Elmir Məmmədov tutulub. Faktla əlaqədar araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00