Qarabağ probleminin həlli məsələsi uzanacaq
8 Yanvar 2015 16:20 Siyasət2015-ci il qondarma "erməni soyqırımı" məsələsinin 100 illiyinə təsadüf etdiyindən Dağlıq Qarabağ probleminin həlli məsələsi uzanacaq". Belə bir açıqlama ilə çıxış edən siyasi ekspert Arzu Nağıyev "OLAYLAR"-a deyib ki, 2015 -ci ildə Azərbaycanda keçiriləcək Birinci Avropa Olimpiya Oyunları da Qarabağ probleminin həlli məsələsinə öz təsirini göstərəcək: "Hər hansı qərar bu oyunlardan sonra verilə bilər. Ümumilikdə isə, düşünürəm ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin verdiyi bəyanatlar və onların strategiyası ancaq sülh danışıqlarına köklənib. Bu baxımdan artıq illərlə istifadə edilən kəlamlar, deyilən sözlər öz qüvvəsində qalacaq və heç bir irəliləyiş olmayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00