Natiq Həsənov: “AXCP Milli Şuraya daxil olmayan Müsavatla əməkdaşlıq etməz”

"Müsavat Partiyasında Qubad İbadoğlunun yeni yaratdığı ADR hərəkatı deyəsən, rəhbərliyi ciddi şəkildə pis vəziyyətdə qoyub". "Olaylar"ın məlumatına görə, belə bir iddia ilə AXCP Təşkilat Şöbəsinin üzvü Natiq Həsənov çıxış edib. "Rəhbərliyin verdiyi bəyanatlara əsasən bu hərəkata üzv olanlar partiyadan qovulmuş və partiya rəhbərliyindən narazı olan müsavatçılardır. Buna görə də partiyanın rəhbərliyi partiyada qalan az tərəfdaşlarının dağılmaması üçün yollar axtarmağa başlayıb. Bunun üçün ilk addım olaraq Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, yaxın vaxtlarda Müsavat AXCP-yə əməkdaşlıq, müttəfiqlik üçün təklif verəcək. Siz necə real müxalifətsiz ki, sizinlə əməkdaşlıq edək?! Milli Şuraya daxil olmayan partiya ilə müttəfiqlikdən söhbət gedə bilməz" - deyə N.Həsənov qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00