Hakim partiya bəyanat yaydı

"Yeni Azərbaycan Partiyası Fransanın paytaxtı Paris şəhərində çoxsaylı insan təlafatı ilə nəticələnmiş terror aktını qətiyyətlə pisləyir və bəşəriyyətin bəlasına çevrilmiş terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəklədiyini bir daha bəyan edir".  "OLAYLAR"-ın xəbərinə görə, bu fikirlər hakim partiyanın yaymış olduğu bəyanatda öz əksini tapıb. Bəyanatda qeyd olunub ki, səbəblərindən və harada törədilməsindən asılı olmayaraq, terrorizm  insana, insan haqlarına və insan ləyaqətinə qarşı çevrilmiş ən ağır cinayət hesab edilir: "Dəfələrlə terrorçuların əməllərindən əziyyət çəkən Azərbaycan xalqı bu cür cinayətlərin cəmiyyətə nə qədər bəlalar gətirdiyinin şahididir. Azərbaycan xalqı, hər bir azərbaycanlı terrorizmə qarşıdır və həmişə bütün dünyanı ona qarşı birləşməyə çağırıb. Müsəlmanların Peyğəmbərinin təhqir olunması, yüz milyonlarla inanclı insanın hisslərinin aşağılanması yolverilməzdir, lakin bu, heç bir halda insan qanının tökülməsinə haqq qazandıra bilməz". YAP bütün Fransa xalqına başsağlığı verib, ağır faciəni törədənlərin layiqli cəza alacaqlarına inamını ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00