Səfir: "Fransız xalqı terrorizmlə dinin fərqini görür"

"Mən hazırda Fransadayam və bu hadisə bizi şoka salıb. Bütün dünyadan gələn həmrəylik mesajlarından təsəlli alıram". Bu barədə APA-ya Fransanın Azərbaycandakı səfiri Paskal Monye dünən Parisdə baş verən hadisələri şərh edərkən bildirib. "Bu faciədən sonra fransız xalqı birləşib, terrorizmlə dinin və yaxud irqin fərqini görür" - deyə diplomat vurğulayıb. Xatırladaq ki, yanvarın 7-də Parisdə "Charlie Hebdo" satirik nəşrinin redaksiyasına silahlı hücum olub. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00