Kaspşikin mandatının uzadılması azərbaycanlı politoloqu qəzəbləndirdi
Elxan Şahinoğlu: “Nə qədər olar?”
7 Yanvar 2015 15:58 Siyasət"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatının uzadılması barədə danışıb. "Nə qədər olar? ATƏT bundan niyə əl çəkmir? Özü də demir ki, məni başqa yerə təyin edin, yoruldum Azərbaycanla Ermənistana getməkdən. Bu adam az qala 20 ildir bu vəzifədədir, nə münaqişə həll olunur, nə də cəbhə bölgəsində gərginlik azalıb. Yəni bu adamın fəaliyyətinin müsbətə doğru heç nəyi yoxdur, çünki ortada konkret nəticə yoxdur. Yəqin maaşı yaxşıdır, bir də Qafqazın yeməklərinə aludə olub. Başqa izahım yoxdur" - deyə E.Şahinoğlu qeyd edib. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00