"Dağlıq Qarabağ münaqişəsini nizamlamaq lazımdır"
6 Yanvar 2015 15:04 Siyasət"Dağlıq Qarabağ münaqişəsi regionun problemlərindən biridir". Trend-in çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tanju Bilgiç deyib. XİN rəsmisi qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanmalıdır. T.Bilgiç əlavə edib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin və regionda digər münaqişələrin nizamlanmasının tərəfdarıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00