Azərbaycan Fransa ilə birgə Yeri müşahidə edəcək
30 Dekabr 2014 12:15 SiyasətPrezident İlham Əliyev Azərbaycan Respublikasının Hökuməti və Fransa Respublikasının Hökuməti arasında yerin müşahidəsi sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi barədə sərəncam imzalayıb. Mincom.gov.az xəbər verir ki, sərəncamda sözügedən sazişin müddəalarının həyata keçirilməsini təmin edilməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılıb. Xarici İşlər Nazirliyi isə həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fransa Respublikası Hökumətinə bildiriş göndərəcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Hökuməti və Fransa Respublikasının Hökuməti arasında yerin müşahidəsi sahəsində əməkdaşlığa dair Saziş 2014-cü il mayın 12-də Bakı şəhərində imzalanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00