İran prezidenti Milli Məclisdə çıxış edəcək
11 Noyabr 2014 13:53 Siyasətİran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycana səfəri çərçivəsində Milli Məclisin qonağı olacaq. Milli Məclisin mətbuat xidmətindən verilən APA-ya məlumata görə, H. Ruhaninin parlamentdə deputatlar qarşısında çıxış edəcəyi planlaşdırılır.
Qeyd edək ki, H. Ruhani Azərbaycana noyabrın 12-də səfər edəcək. Səfər çərçivəsində ikitərəfli görüşlər keçiriləcək. Bir sıra sahələr üzrə 10 sənədin imzalanması gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00