Minskdə seçki məsələləri müzakirə edilir

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "MDB məkanında seçki prosesləri" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Belarusa səfər edib. Milli Məclisdən verilən məlumata görə, paytaxt Minsk şəhərində keçirilən toplantıda quruma üzv dövlətlərdə seçki prosedurlarının təkmilləşdirilməsi, bu sahədəki yeniliklər barədə fikir mübadiləsi aparılacaq. Deputatımız konfransda Azərbaycanda seçki prosesində beynəlxalq müşahidəçilərin rolu, yeni texnologiyaların tətbiqi və əldə olunan nailiyyətlərlə bağlı fikirlərini bildirəcək. Səfər noyabrın 12-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00