Bakıya işləyən ermənilər

Hakim partiyanın təmsilçisi Vaqram Baqdasaryan sərt hədələr səsləndirib

Ermənistanın hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan bir sıra deputatları Azərbaycana işləməkdə günahlandırıb. Anspress-in məlumatına görə, Vaqram Baqdasaryan keçən həftə parlamentin kürsüsündən bildirib ki, bir sıra deputatların çıxışından "Azərbaycanın neft dollarlarının" qoxusu gəlir. Ermənistanın "Haykakan jamanak" qəzeti Vaqram Baqdasaryana sual verərək həmin deputatlar barədə milli təhlükəsizlik xidmətinə müraciət edib-etməyəcəklərini soruşub. Vaqram Baqdasaryan isə deyib: "Mən niyə harasa müraciət etməliyəm? Lazım olanda bu satqınları öz əllərimlə cəzalandıracam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00