Deputatlarımız Avronest PA-nın tədbirinə qatılıblar

Noyabrın 4-də və 5-də Avronest Parlament Assambleyasının Siyasi işlər, insan hüquqları və demokratiya, İqtisadi inteqrasiya, Enerji təhlükəsizliyi, Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitələrinin iclasları keçiriləcək. İclaslarda Milli Məclisin deputatları Elxan Süleymanov, Azər Kərimli, Rasim Musabəyov və Azay Quliyev iştirak edəcəklər. MM-dən verilən məlumata görə, komitələrdə demokratiya, yaxşı idarəetmə və sabitlik, Şərqi Ukraynada münaqişə və Avropada təhlükəsizliyə dair təhdidlər, Avropa İttifaqı ilə iqtisadi inteqrasiya və yaxınlaşma, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında birgə nəqliyyat layihələri sahəsində əməkdaşlıq, enerji təhlükəsizliyi, Şərq Tərəfdaşlığı çərçivəsində mədəniyyətlərarası dialoq və digər mövzularda fikir mübadiləsi aparılacaq. Deputatlarımız müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəklər. Səfər noyabrın 6-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00