“Ermənistanda iqtidarla kütlə arasında ciddi antoqanizm yaranıb”
Qabil Hüseynli: “Yerli ermənilərlə Qarabağdan gələnlər arasında ciddi gərginliklər yaşanır”
4 Noyabr 2014 12:30 SiyasətErmənistanda anti-hakimiyyət aksiyalarına start verilib. Müxalifətin artıq iqtidara qarşı geniş miqayaslı hücuma hazırlaşdığı bildirilir. Ermənistanda təzyiqin yüksəlməsinə qarşı ilkin iddia olunan məsələ noyabrın 17-də parlamenin ölkənin Avrasiya İttifaqına üzvlüklə bağlı assosasiya sazişini ratifikasiya edəcəyi göstərilir. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli də ermənilərin ayaqlanmasını birmənalı qəbul etmir. Q.Hüseynli hesab edir ki, Ermənistanın ağır iqtisadi şərtləri sadə kütləni narazı salır. Ölkə iqtisadiyyatının vəziyyətinin acınacaqlı olduğunu deyən politoloqun sözlərinə görə, əhali acından qırılmaq təhlükəsi qarşısındadır: "Bunun müqabilində Qarabağdan gələn ermənilər iqtisadiyyatın bütün sahələrini ələ keçiriblər. Nəticədə Ermənistanda ciddi antoqanizmlər yaranıb. Əhali Sərkisyanın xarici siyasətindən də narazıdır. Bu Ermənistanda prosesləri körükləyən əsas məsələdir. Yerli ermənilərlə Qarabağdan gələnlər arasında ciddi gərginliklər yaşanır. Qarabağ erməniləri hakimiyyətin əsas hissəsinə nəzarət edirlər. Proseslərin arxasında əsasən bu faktorlar dayanır". ("OLAYLAR" İA)