Avropa Parlamentindən təkzib

Cənubi Qafqaz ölkələri üzrə dostluq qrupları qeyri-rəsmi xarakter daşıyır

"Avropa Parlamentinin "Azərbaycan, Ermənistan və hətta qondarma Dağlıq Qarabağ üçün" yaradılmış dostluq qrupları qeyri-rəsmi xarakter daşıyır. Hətta Avropa Parlamentinin üzvlərindən ibarət olsalar belə, bu qruplar Avropa Parlamentini təmsil etmirlər, onun mövqeyini əks etdirmirlər və Parlamentin maddi dəstəyindən yararlanmırlar." Anspress-in məlumatına görə, bu barədə Avropa Parlamenti bəyanat yayıb. Qurumun rəsmi internet səhifəsində yer alan bəyanatda bildirilir ki, parlamentin rəsmi nümayəndə heyətləri üçüncü dövlət və ya regionlarla münasibətlər qurur və beynəlxalq əlaqələri genişləndirirlər. Onların heyəti Avropa Parlamentinin ümumi tərkibinə mütənasibdir. Həmçinin, nümayəndə heyətləri və onların rəhbərləri Avropa Parlamentinin ümümi mövqeyini bildirmək məsuliyyəti daşıyırlar. Bəyantda deyilir: "Avropa Parlamenti və Cənubi Qafqaz arasında əlaqələr quran və ikitərəfli münasibətləri genişləndirən rəsmi qurumlar Avropa parlamentinin üzvü Sajjad Karimin başçılıq etdiyi Aİ-Azərbaycan, Aİ-Ermənistan və Aİ-Gürcüstan Parlamentlərarası Əməkdaşlıq Komitələri və Heidi Hautalanın sədrlik etdiyi Avronest Parlament Assambleyasında Aİ nümayəndə heyətidir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00