Üzdəniraq erməni xülyası

Girovların bəyanatı niyə Ohanyanın başkəsənlərini şoka saldı

Xankəndidə azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərov üzərində məhkəmə məzhəkəsi davam edir. Erməni nəşrləri yazır ki, "məhkəmə" iclasında çıxış edən Şahbaz Quliyev bildirib ki, erməni xalqını öz düşməni saymır. Erməni mətbuatı bu xəbəri sensasiya kimi qiymətləndirib. Halbuki, bəyanatda yeni heç bir şey yoxdur. Azərbaycanda erməni xalqını yox, millətçi erməni siyasətçiləri düşmən sayırlar. Yada salaq ki, təkcə Bakıda 400 minə yaxın erməni yaşayıb. Onları burada heç kim sıxışdırmayıb, onlar burada prestijli rayonlarda, mənzillərdə yaşayırdılar və heç birinin İrəvana köçmək belə ağlına gəlmirdi. Yalnız Dağlıq Qarabağda koçaryanların və sarkisyanların bölgəyə təpədən-dırnağa qədər silahlanmış ordu göndərmiş rəsmi İrəvanın dəstəyi ilə başladığı qanlı qətlimadan sonra əhalinin köçü başladı. Bu gün də erməni siyastəçilər Azərbaycan əleyhinə isteriya yaymaqla məşğuldurlar, indiki erməni dövlət başçısı isə sıradan bir irqçi kimi dəfələrlə azərbaycanlılarla ermənilərin birgə yaşamasının qeyri-mümkünlüyü barədə bəyanat verib. Müəyyən qədər zaman keçəcək, biz mütləq Dağlıq Qarabağa və başqa işğal edilmiş rayonlara qayıdacağıq. Biz Azərbayjan vətəndaşı olan ermənilərlə yenə bir yerdə yaşayacağıq və onlar əyani şəkildə əmin olacaqlar ki, Şahbaz Quliyevin dediklərində sensasiyalı heç nə yoxdur. Bizim fikrimizcə, bu üzdəniraq erməni siyasətçilər hətta yuxularında da dənizdən dənizə böyük Ermənistan görürlər. Amma hələ ki, məhkəmə məzhəkəsi davam edir. Qərarın verilməsinə hələ çox qalsa da, Dilqəm Əsgərovu və Şahbaz Quliyevi terrorçu və casus adlandıran Ermənistan müdafiə naziri Seyran Ohanyan bildirib ki, onlar sərt cəzalandırılmalıdırlar. Bəs özünü ən humanist adlandıran erməni məhkəməsində günahsız olmaq hüququ niyə pozulur. Amma, görünür, Ohanyanın başkəsənlərində və İrəvan siyasi elitasının başqa nümayəndələrində azərbaycanlılara qarşı nifrət o qədər qıcqırıb ki, onlar həttə hüquqi ardıjıllığı unudaraq, əvvəlcədən qərar verirlər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00