Sərgilər

Bakıda “Dosso Dossi Fashion Show” tekstil sərgisi keçiriləcək

14 Sentyabr 2018 16:18

Sentyabrın 16-18-də Bakıda Türkiyənin ən böyük moda şousu olan “Dosso Dossi Fashion Show” tekstil sərgisi keçirəcək. “OLAYLAR” xəbər verir ki, sərgidə Türkiyənin ən məşhur tekstil şirkətləri öz məhsullarını nümayiş etdirəcəklər. Tədbir çərçivəsində Rusiya estradasının məşhur ulduzlarının konsertləri və “party”lər təşkil olunacaq.

“Millət sizə minnətdardır!” sərgisinin açılış mərasimi keçirildi

14 Sentyabr 2018 14:55

Milli Azərbaycan Tarixi Muzeyinin şərq zalında “Millət sizə Minnətdardır!” sərgisinin açılış mərasimi keçirilib.

Azərbaycan Cümhuriyyətinə və mühacirət tarixinə aid nadir materiallar sərgiləndi

12 Sentyabr 2018 14:36

AMEA Mərkəzi Elmi Kitabxanasında tədqiqatçı jurnalist Dilqəm Əhməd Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “AXC-100. İstanbul-Bakı – toxunula bilən arxivlər” mövzusunda təqdimat keçirib. Təqdimat Türkiyə arxivlərində Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixinə aid araşdırmaların əsasında hazırlanıb.