Fransada sürücü avtomobili insanların üzərinə sürdü - Yaralılar var

Fransanın cənubundakı Nim şəhərində sürücü avtomobili insanların üzərinə sürüb.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Qeyd olunur ki, sürücü avtomobili insanların üzərinə sürdükdən sonra hasara çırpılıb.

O, hadisə yerindən qaçmağa çalışsa da, polis tərəfindən saxlanılıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31