Bu ölkə Putinə 3 köhnə qırıcı hədiyyə edir
2 Oktyabr 2018 12:20 SərgilərHindistanın Baş naziri Narendra Modi 4-5 oktyabrda Yeni Dehlidə Rusiya Prezidenti Vladimir Putinlə keçirilməsi nəzərdə tutulan zirvə zamanı Rusiya liderinə Sovet dönəmində bu ölkəyə satılan 3 ədəd MiQ-21 supersonik qırıcı təyyarə hədiyyə edəcək.
Bu barədə "Hindu Tayms" informasiya yayıb.
Bu hədiyyələr iki ölkə arasındakı münasibətlərin və dərin strateji əməkdaşlığın simvolu olacaq. Zirvə çərçivəsində liderlərin əsas gündəm mövzusu hərbi-texniki sahədə əməkdaşlıq olacaq.
Hədiyyə ediləcək qırıcılardan biri MiQ-21bis, digər ikisi MiQ-21FL tipli təyyarələrdir və hər üçü işlək vəziyyətdədir. Təyyarələrin daşınma xərcini Rusiya qarşılayacaq.
Qeyd edək ki, təyyarələr 1971-ci ildə Hindistanla Pakistan arasındakı döyüşlərdə istifadə olunub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31