İndoneziyada narkotik vasitələrin ticarətinə görə iki nəfərə edam cəzası verilib
27 Sentyabr 2018 16:35 Sərgilərİndoneziyanın Riau əyalətinin Bengkalis məhkəməsi 10 kiloqram metamfetaminlə tutulan iki nəfərə edam cəzası verib.
Həmin şəxslər Riaudan Lampung əyalətinə narkotik vasitə aparan zaman təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən həbs olunmuşdu.
İndoneziya hökuməti narkotik vasitələrlə mübarizədə sərt cəzalar tətbiq edir. Üzərində 5 qramdan çox narkotik vasitə daşıyanlar edam cəzasına məhkum oluna bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31