Paşinyanın daha bir müttəfiqi vəzifədən istefa verdi
2 Oktyabr 2018 12:14 SərgilərErmənistan Ədliyyə naziri Artak Zeynalyan istefaya gedib.
"Qraparak" qəzeti Zeynalyanın istefa qərarını Respublika Partiyasının qəbul etdiyini yazıb. Belə ki, Zeynalyanla müzakirə aparan partiya rəhbəri Aram Sərkisyan bu qərarın ən doğru addım olacağını söyləyib.
Qeyd edək ki, Respublika Partiyası Yelk Blokunun üzvüdür. Bundan öncə partiya ilə Nikol Paşinyan arasında münasibətlər kəskinləşib. Hökumət Respublika Partiyasını keçmiş hökumətlə yaxınlaşmaqda ittiham edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31