Palata: Qazanxanalara xərclənən1 milyon 618 min 67,4 manat maliyyə uçotunda əks edilməyib

Hesablama Palatasının apardığı audit nəticəsində "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin balansında olmayan obyektlər və maliyyə uçotunda nöqsanlar aşkar olunub.

Teleqraf xəbər verir ki, audit zamanı ümumilikdə 244 ədəd qazanxananın yerləşdiyi obyektlərin "Azəristiliktəchizat" ASC-yə məxsus olmadığı müəyyən edilib. Onların bir qismi konservasiya vəziyyətindədir, bəziləri isə bitməmiş tikili kimi qalır. Bu hal qurumun fəaliyyətində dayanıqlılığın təmin olunması baxımından balans mənsubiyyətinin optimallaşdırılmasını zəruri edib.

Bundan əlavə, dövlət büdcəsi vəsaiti hesabına Bakıda tikilən, yenidən qurulan və ya modernləşdirilən qazanxanalar üzrə 1 milyon 618 min 67,4 manat dəyərində aktivlər maliyyə uçotunda əksini tapmayıb.

Hesablama Palatasının Kollegiyası qeyd olunan nöqsanların aradan qaldırılması üçün 3 milyon 654,3 min manat məbləğində vəsaitin müvafiq qaydada uçota bərpa olunmasını nəzərə alıb və digər çatışmazlıqların aradan qaldırılması məqsədilə aidiyyəti dövlət qurumlarına müvafiq sənədlərin göndərilməsi barədə qərar qəbul edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31