Bakıda tikinti normaları belə məhv edilir - Sakinlər üçün təhlükə - VİDEO

Xətai rayonu, Gəncə prospekti, 2942A məhəllə yaxınlığında tikilən yeni binada tikinti normaları pozulur.

Olaylar.az xəbər verir ki, təhlükəsizlik normalarına əməl edilməyən tikintidə üst mərtəbələrdən toz-torpaq və tikinti materialları birbaşa yerə atılır. Torpağın sovurulması isə yaxınlıqda yaşayan sakinləri narahat edir. Çünki sovrulan toz-torpaq yaşayış binalarına hopur.

Qeyd edək ki, sakinlər bu ərazidə bina tikilməsindən də şikayətçidirlər. Onların fikrincə, ərazi yeni bina tikintisi üçün əlverişli deyil. Binanın prospektə heç bir çıxışı yoxdur. Üstəlik yeni bina düz 269 saylı məktəbin önündə tikilir. Onsuz da sıxlıq olan məhəllədə yeni binanın tikilməsinin yaşayışı dözülməz edəcəyi ilə bağlı şikayətlərə rəğmən, tikintiyə icazə verilib.

Məskunlaşmanın sıx olduğu, tikinti üçün əlverişsiz olan ərazidə bina tikilməsi üçün icazə almağa nail olan şirkətin tikinti normalarını bu cür ayaqları altına alması da, deyəsən, normal qarşılanır...

bakupost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31